Yanacaqdoldurma məntəqəsinin işçiləri arasında dava düşdü

  • 10:32 - 15 Noyabr

Abşeronda yanacaqdoldurma məntəqəsində döyülmə faktı qeydə alınıb. 

Hadisə Saray qəsəbəsində yerləşən "Petrol 100" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 

Məntəqənin operatorları - 1980-cı il təvəllüdlü Sahil Qurbanovla, 1992-ci il təvəllüdlü Pərviz Fərzəlizadə arasında söyüş üstündə mübahisə düşüb. Bu zaman S. Qurbanov iş yoldaşını vurub. P. Fərzəlizadə ağır xəsarət alıb. 

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

APA


Oxunma sayı: 10319

Oxşar yazılar