Türkiyə Almaniya vətəndaşı olan 6 terrorçunu Berlinə göndərdi

  • 22:53 - 14 Noyabr

Türkiyədə xarici vətəndaşlığı olan terrorçuları öz ölkəsinə qaytarmaq mərkəzində deportasiya işləri tamamlanan altı Almaniya vətəndaşı Berlinə göndərilib.

AzərTAc xəbər verir ki, Almaniyaya deportasiya olunan terrorçulardan dördü qadındır.

Qeyd edək ki, Türkiyə hökuməti əksəriyyəti İŞİD terror təşkilatının üzvləri olan terrorçuların ölkədən deportasiyasına başlayıb.


Oxunma sayı: 5523

Oxşar yazılar