Milli Məclisin deputatları Belarusda parlament seçkilərini müşahidə edəcək

  • 17:22 - 14 Noyabr

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu gündən Minskdə səfərdə olacaqlar.

Avropa.info bildirir ki, millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində prosesə qatılacaqlar.

Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.


Oxunma sayı: 4401

Oxşar yazılar