Prokuror "Zaminbank"ın 1.3 milyon manatı mənimsəyən vəzifəlilərinə cəza istədi

  • 16:55 - 14 Noyabr

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA -nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhruk edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini təklif edib.

Prokuror digər təqsirləndriilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Proses təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər.

Onlar ümumilikdə banka 1 milyon 337 min manat ziyan vurmaqda ittiham olunurlar. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Oxunma sayı: 4709

Oxşar yazılar