Şəmkirdə iki "VAZ" toqquşdu: ölən var

  • 15:59 - 14 Noyabr

Şəmkir rayonunun Çaparlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Avopa.info-ya verilən məlumata görə, noyabrın 13-də saat 21 radələrində Şəmkir rayonunun Çaparlı kəndi ərazisində rayon sakinləri R.Məhərrəmovun və A.Məhərrəmovun idarə etdikləri "VAZ-2107" markalı 2 avtomobil toqquşub. Nəticədə R.Məhərrəmovun sərnişini olan atası Rəhim hadisə yerində ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 8625

Oxşar yazılar