"Mühacir alveri" məsələsinə görə Müsavat və ReAl-çılar bir-birilərini təhqir etdi – Foto

  • 15:45 - 14 Noyabr

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya polisi tərəfindən həbs edilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Müsavat Partiyası başqanının müavini Səxavət Soltalının yazdığı status ReAl-çıları bərk hiddətləndirib.

Avropa.info xəbər verir ki, S.Soltalı "Facebook"da belə yazıb: "Kim olmasından asılı olmayaraq, hansısa qanunsuz işdə adı keçən hər kəs cəzasını almalıdır. Qanunsuz əməllərdə iştirakı sübut olunan heç bir kəs bizimlə bir yerdə ola bilməz!".

Bu statusa ReAl Partiyası üzvlərinin yazdıqları rəylər qarşılıqlı mübahisəyə səbəb olub. Belə ki, ReAl partiyasının üzvü Dağlar Mustafayev onun paylaşımı barədə yazıb: "O zaman Müsavat rəhbərliyindən başlayın. Zamanında o da üzə çıxacaq. Necə ki, əvvəl inkar etdikləriniz bu gün üzə çıxır".

S.Soltanlı isə yazıb ki, deyilənlər şər-böhtandır. ReAl-çı D.Mustafayev onun fikirlərinə "Bu gün bu məsələni inkar edənlər ya sadəlövdür, ya da işin içindədirlər. Bilə-bilə susurlar" - deyə cavab verib.

Ardınca Müsavat və ReAl üzvləri bir-birilərini "şərəfsiz" və digər sözlərlə təhqir ediblər.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Oxunma sayı: 4687

Oxşar yazılar