Bu gecə Almaniyadan xeyli azərbaycanlı "siyasi mühacir"in deport olunacağı gözlənilir

  • 15:21 - 14 Noyabr

Bu gecə Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı "siyasi mühacir" deport olunacaq.

Avropa.info xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Əsasən də Müsavat Partiyasının sənədi ilə müraciət edənlərin deport ediləcəyi deyilir.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Oxunma sayı: 7888

Oxşar yazılar