Gürcüstanda etirazçılar parlamentə girişi bağladı – Bir neçə millət vəkili istefa verdi

  • 14 Noy - 2019

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasının üç giriş qapısını bloklayıb.

Avropa.info report-a istinadən xəbər verir ki, buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasıdır.

Aksiya təşkilatçılarından biri olan Giqa Makaraşvili bildirib ki, deputatlara parlament binasını tərk etmələrinə imkan verilməyəcək: “Parlament üzvləri bu gün böyük səhv etdilər və Gürcüstan əhalisi bunu heç zaman unutmayacaq”.

Etirazçılar parlamentin binası qarşısında saat 19:00-da kütləvi aksiya təyin ediblər.

Qeyd edək ki, Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri səs yetərsizliyindən qəbul olunmayıb. Qanun layihəsi tələb olunan 113 səsdən yalnız 101 səs toplayıb.

Bununla bağlı bəzi deputatlar hakim "Gürcü Arzusu" Partiyasından istefa verdiklərini açıqlayıblar. 

APA-nın xəbərinə görə, parlamentin vitse-spikeri Tamar Çuqoşvili, həmçinin deputatlar Tamar Xulordava, sopo Katsarava, Giorgi Mosidze, İrina Pruidze, Dmitri Sxitişvili parlament çoxluğundan imtina ediblər.

“Təəssüf ki, səbəb nə olursa olsun, Konstitusiyaya düzəliş layihəsi uğursuz alındı. Bizim parlament çoxluğunu tərk etməkdən başqa çıxış yolumuz qalmayıb. Konstitusiyaya düzəliş məsələsi çox ağır məsələdir və nə mən, nə də həmkarlarım bunun siyasi məsuliyyətini öz üzərimizə götürə bilərik”, - deyə T. Çuqoşvili bildirib.


Oxunma sayı: 903

Oxşar yazılar