Rusiya Türkiyə sərhədində tikdiyi bazada S-400-lər yerləşdirəcək

  • 13:08 - 14 Noyabr

Rusiya Suriyanın şimal-şərqində yerləşən neft obyektlərini nəzarət altında saxlamaq üçün Qamışlı şəhərində yeni baza tikməyə başlayıb.

Avropa.info xəbər verir ki, Qamışlı şəhərində tikiləcək bazaya artıq iki Mi-8 daşıma və  bir Mi-35 hücum vertolyotları göndərib. Vertolyotları yerdən "Pantsir" HHM sistemi qoruyur. Mühafizə üçün hərbi polis, yanacaq, xüsusi vasitələr və 10-a yaxın avtomobil ayrılıb. Rusiya MN-nin verdiyi məlumata görə, bazanın müdafiəsini S-400 HHM sistemləri təmin edəcək. TASS-ın məlumatına görə, bazaya 3 vertolyot göndərilib.

Qeyd edək ki, yeni tikilən hərbi baza ilə Rusiyanın Suriyadakı bazalarının sayı 3-ə çatacaq.

Rusiya ilə yanaşı ABŞ da Suriyanın şimal-şərqində neft yataqlarına nəzarət etmək üçün regionda tikilən iki yeni hərbi bazaya “Bredli” tipli zirehli maşınlarla yanaşı “Apaçi” hücum vertolyotları göndərmişdi.


Oxunma sayı: 5281

Oxşar yazılar