Ərdoğan: ""Barış pınarı" əməliyyatında yeganə hədəf terrorçulardır"

  • 13:08 - 14 Noyabr

“"Barış pınarı" əməliyyatının keçirildiyi bölgədə təcavüz və hücumlarını davam etdirən PKK/YPG terrorçularına özünümüdafiə hüququ çərçivəsində lazımi cavab verilir". 

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ABŞ-a etdiyi səfər zamanı “Dəyirmi Ofisdə” (Oval Ofis) amerikalı rəsmilərə müraciətində bildirib.

Ərdoğan qeyd edib ki, kürdlər, ərəblər, xristianlar və yezidilər də daxil olmaqla heç bir etnik və dini qrup hədəf alınmayıb və alınmayacaq:

“Hörmətli Obamanın preizdentliyi dövründə Kobanidən ölkəmizə sığınan kürdlərin sayı 350-360 min olub. Onları heç kim qəbul etmirdi, ancaq biz qəbul etdik. Geyim, ərzaq, sağlamlıq və təshillə bağlı bütün ehtiyacları bizə aiddir. Heç kimin onlara iqtisadi dəstəyi yoxdur. Ancaq sizin ‘kürd’ deyə bəhs etdiyiniz yəqin PYD/YPG-dir. Bunlar terror təşkilatlarıdır və PKK-nın törəmələridir. Mən sizə xüsusilə bəzi sənədləri vermək istəyirəm. Fərhad Abdi Şahin separatçı terror təşkilatının Apo adlanan terrorçubaşının əslində mənəvi övladıdır. Əlbətə, bunları xüsusilə bilmək lazımdır. 

Hazırda 4 milyon qaçqının 3 milyon 650 mini ərəb, xaldey, xristian, 350 mini ise kürddür. Ümumilikdə dörd milyon. Biz bu günə qədər 40 milyard dollar xərcləmişik. Avropadan isə bizə bu müddət ərzində təəssüf ki, cəmi 3 milyard avro gelib. O da bizim dövlət büdcəmizə deyil, QHT-lər vasitəsilə Türk Qızılayı və AFAD-a edilən yardımdır”.


Oxunma sayı: 6029

Oxşar yazılar