İlham Əliyev Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

  • 12:07 - 14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib.

Avropa.info xəbər verir ki, Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilir.


Oxunma sayı: 12090

Oxşar yazılar