“SDQ/PKK ilə əməkdaşlığımız davam edəcək” – ABŞ müdafiə naziri

  • 11:53 - 14 Noyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donadl Trampın Ağ Evdə görüşündən bir neçə saat sonra mətbuat konfransı keçirən ABŞ müdafiə naziri Mark Esper PKK terror təşkilatının Suriyadakı qolu SDQ ilə ABŞ ordusunun əməkdaşlığının davam edəcəyini bildirib.

Avropa.info xəbər verir ki, Esper ABŞ-ın Suriyada 600 nəfərə yaxın hərbçi saxlayacağını deyib. Esper amerikan hərbçilərinin Kobanidən çıxarılmasının 1 həftədə başa çatacağını bildirib.

Esper ABŞ-ın SDQ-yə dəstəyinin davam edəcəyini deyib:

“SDQ ilə əməkdaşlığımız davam edəcək. Onlara hələ də yardım edirik”. 

Esper SDQ-nin İŞİD-in yenidən güclənməsinə mane olmaq məsələsində böyük rol oynadığını qeyd edib. O, çıxışında Türkiyəni yenidən aralarında görmək istədiyini, uzun illərdir müttəfiq olduğunu Koreyada ABŞ-la birgə döyüşdüyünü, Əfqanıstanda ABŞ-ın yanında olduğunu xatırladıb:

“Türkiyə ilə münasibətlərimizi inkişaf etdirməyə davam etməliyik. Xüsusilə də bunu hərbi səviyyədə etməliyik, beləliklə münasibətlərimiz çətin dövrləri atlayacaq güc və dərinlikdə olar”.


Oxunma sayı: 5215

Oxşar yazılar