Respublikaçı senator “erməni soyqırımı” layihəsinin səsverməyə çıxarılmasını blokladı – Ərdoğanla görüşdən sonra

  • 11:23 - 14 Noyabr

Respublikaçı senator Lindsi Qrem 1915-ci il hadisələrinin Senat tərəfindən “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin səsə qoyulmasını bloklayıb.

Avropa.info xəbər verir ki, Demokrat partiyasından seçilmiş senator Bob Menendez “erməni soyqırımı” layihəsinin Baş Məclisdə səsə qoyulmasını tələb edib. Respublikaçı senator Lindsi Qrem tələbə rədd cavabı verib və səsvermənin bloklayıb.

“Qısa müddət əvvəl Türkiyənin hərbi əməliyyatlarından dolayı Suriyada qarşılaşdığımız problemlər barədə prezident Ərdoğan və prezident Trampla görüşdüm. Ümid edirəm Türkiyə və Ermənistan bir araya gəlib bu problemi müzakirə edər. Senatorlar tarixi yenidən yazmamalı və onu olduğundan fərqli göstərməməlidir” – Qrem belə deyib.

Respublikaçı senator bu qərarını keçmişə deyil, türk-amerikan münasibətlərinin gələcəyinə baxaraq verdiyini deyib.

Qremin layihəni bloklaması Tramp və Ərdoğanın Ağ Evdə keçirdiyi və bəzi respublikaçı senatorların iştirak etdiyi görüşdən bir neçə saat sonra bloklaması diqqət çəkib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası 29 oktyabrda keçirdiyi səsvermədə 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qanun layihəsi qəbul etmişdi.


Oxunma sayı: 14213

Oxşar yazılar