Akademik Musiqili Teatrın aktyoruna Mədəniyyət nazirinin mükafatı təqdim olundu – Foto

  • 11:21 - 14 Noyabr

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev teatr sahəsində uzunmüddətli səmərəli fəaliyyəti, milli mədəniyyətimizin inkişafındakı xidmətləri və 60 illik yubileyi münasibəti ilə Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevi Nazirliyin Fəxri Fərmanı ilə təltif edib. Avropa.info xəbər verir ki, bu münasibətlə Teatrda keçirilən təqdimetmə mərasimində  sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev aktyorun səhnə fəaliyyəti barədə geniş məlumat verib. Sonra nazirin imzaladığı mükafatı  yubilyaratəqdim edərək ona yaradıcılıq yollarında uğurlar arzulayıb. 

Möylə Mirzəliyev fəaliyyətinə verilən yüksək qiymətə və qayğıya görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib: “Bu təkcə mənim deyil, fəaliyyət göstərdiyim teatrın yaradıcı heyətinin əməyinə göstərilən diqqətin bariz nümunəsidir. Çalışacağam ki, bundan sonra da mənə həvalə edilən rolları böyük yaradıcılıq  şövqüilə ifa edim”.

Qeyd edək ki,  M. Mirzəliyev  1985-cı ildəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ''Musiqili komediya aktyorluğu'' fakültəsini bitirib. 1985-1992- ci illərdə  Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. 1992-ci ildən bu günədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində onlarla yaddaqalan obrazlar yaradıb. O, bu gün də repertuarda olan tamaşalarda  uğurla çıxış edir, teatrın 110-cu mövsümündə premyeraları nəzərdə tutulan tamaşalarda məşqlərini davam etdirir.


Oxunma sayı: 6601

Oxşar yazılar