Ərdoğandan "kürdləri vurmayın" deyən senatora sərt cavab : "Sizin kürd deyə tanıtmaq istədiyiniz terror təşkilatı PKK/YPG-dir"

  • 14 Noy - 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi 1 saat 15 dəqiqəlik təkbətək görüşündən sonra, liderlər heyətlərlə birlikdə görüşüblər. 

Avropa.info xəbər verir ki, görüşdən sonra prezidentlər ABŞ Konqresinin senatorlarının suallarını cavablandırıblar. 

Türkiyənin həyata keçirdiyi "Barış Pınarı" əməliyyatına qarşı çıxan senator Qrahamın da iştirak etdiyi toplantıda Ərdoğan sualları cavab verib.

Senatorlardan biri "Burada olmağınızfdan məmnunuq. Türkiyə və ABŞ dost və müttəfiqdir. Eyni zamanda qayğılarımız da var. Bunlardan biri S-400-lərdir. İkincisi kürdlər məsələsi. Onlar ABŞ-ın düşmənlərinə qarşı vuruşdular. Türkiyənin onlara hücum etməməsini istəyirik" deyib.

Ərdoğan senatorun kürdlərlə terrorçuları qarışdırdığını deyib.

"Özəlliklə burada iki şeyi bir-birindən ayırmaq lazımdır. Kürdlər və terrorçuları. Kürdlər bizim vətəndaşımızdır. Onların yaşadıqları bölgələrə etdiyimiz yatırımları yerində görüb, qiymətləndirə bilərsiniz. Obama dönəmində Kobanidən ölkəmizə qaçıb gələn 350 min kürd var. Onları kimsə qəbul etməyən vaxtda biz qəbul etdik. Onların geyimi, yeyəcək və içəcəyini, təhsilini biz qarşılayırıq. Kimsə onlara dəstək vermədi və vermir. Sizin kürd deyə tanıtmaq istədiyiniz terror təşkilatı PKK/YPG-dir. Sizin qəbul etdiyiniz Fərhad Abdi terrorçubaşı Öcalanın mənəvi oğludur. Mən sizə özəlliklə bəzi sənədləri vermək istəyirəm. Bunları bimənizdə fayda var"- Ərdoğan belə deyib.

Avropa.info


Oxunma sayı: 6348

Oxşar yazılar