Ərdoğan mətbuat konfransında Trampın üzünə dedi : " Məktubu özünə qaytardım, Trampın bir PKK terrorçusunu həmsöhbət olaraq qəbul etməsi..." (Yenilənib)

  • 13 Noy - 2019

Türkiyə prezidenti Ərdoğanla ABŞ prezidenti Tramp Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.

Avropa.info xəbər verir ki, mətbuata ilk açıqlamanı Donald Tramp verib. 

"Çox gözəl bir toplatı keçirdik. Cənab prezident Ərdoğana Sərxan Gölgeni azadlığa buraxdığı üçün təşəkkür edirəm. Bu çox böyük bir jestdir. Türkiyə NATO üzvü və bizim böyük bir müttəfiqimizdir. İki ölkə arasında diplomatiya, rifah və barış çox önəmlidir. Cənab Ərdoğanla çox başırılı bir görüş keçirdik. Suriyadakı durumla da bağlı danışdıq. Atəşkəs davam edir. Cənab Prezidentə təşəkkür edirəm. Mən cənab Prezidentə çox hörmət edirəm. Atəşkəs nə qədər qarmaqarışıq olsa da davam edir. ABŞ və Türkiyə başqa güvənlik məsələlərində birgə çalışacaq. Türkiyə ABŞ-dan sonra NATO-da ikinci orduya malik bir gücdür. Türkiyə 29 ölkə arasında NATO-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkədir. Yaxın zamanlarda Bağdadi öldürüldü. Türkiyə bir çox məsələlərdə bizə yardımçı oldu. Türkiyəyə təşəkkür edirik. Türkiyədə F-35-in hissələrini hazırlayırıq. Cənab Prezident, Türkiyə-ABŞ müttəfiqliyi çox güclü ola bilər. Həm cənab Ərdoğanla, həm də Türkiyə ilə çox gözəl, dost münasibətlərimiz var. Bəzi senatorlarla da bu gün görüşdük. Gəlib cənab Prezidentlə görüşdükləri üçün onlara da təşəkkür edirəm. Türkiyə qaçqınların bütün yükünü çəkdi. 40 milyarddan çox pul xərclədilər3 milyard xərcləyib. Bu insanları Türkiyə buraxsa Avropaya gedəcəklər. Avropa Türkiyəyə yardım etməlidirlər. Avropa ölkələrindən gedən İŞİD-çiləri də qəbul etmək istəmir "-Tramp belə deyib.

Türkiyə prezidenti Ərdoğan bunları deyib:

"Cənab Trampa qonaqpərvərliyinə görə təşəkkür edirəm. Bu gün cənab prezidentlə səmimi bir görüş keçirdik. Türkiyə- ABŞ münasibətlərinin sağlam təməllər üzərində olmasınada həmfikirik. Milli güvənliyimizi təhdid edən terrora qarşı Trampla birgə iradəmizi 
təyit etdik. "Barış Pınarı" əməliyyatı ilə terrora qarşı önəmli bir addım atdıq. PKK/YPG-nin Suriyadakı ayrımçılığına ağır zərbə vurduq. PKK/YPG yenə də əsgərlərimizə atəş açır. Tel Abyad da həyata keçirdiyi terror aktında 13 mülki vətəndaş həyatını itirdi. Nümayəndələr Palatasında verilən qərar millətimizi incitmişdir. 104 il öncə savaş şərtlərində baş verən olaylar siyasətçilərin deyil tarixçilərin işidir. Bu məsələdə başımız dik, alınımız açıqdır. Bütün arxivlərimizi də açmışıq. Qarşı tərəf Ermənistan isə arxivlərini açmır. 

Türkiyə Suriya münaqişəsindən ən çox əziyyət çəkən ölkədir. Ölkəmizdə 4 milyon suriyalı qaçqın var. Bunların 350 mini kürddür. Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar nəticəsində 4 min km ərazini terrordan azad etmişik. Cerablusa 365 min suriyalı qaçqın yerləşdirdik. "Barış Pınarı" əməliyyatı ilə də şəhər və kəndlərə dönüş başlayıb. 2015-ci ildən Güvənli Bölgə məsələsini təklif edirəm. O vaxt bu məsələ həllini tapsaydı, bu qədər insan həyatını itirməzdi. 

FETÖ Türkiyədə dövlət çevrilişi həyata keçirmək istəyən və insanları qətlə yetirən bir terror təşkilatıdır. Görüşümüzdə FETÖ-nün ABŞ-dakı mövcudluğunu bitirmək tələbini də etdik. 

Trampın göndərdiyi məktubu özünə qaytardım. Fərhad Abdi Şahin kimi bir terrorçunun ABŞ kimi bir ölkə tərəfində, ABŞ Prezidenti tərəfindən həmsöhbət kimi qəbul edilməsini üzüntü ilə qarşıladım. Bu adam yüzlərlə vətəndaşımızı öldürən Öcalanın mənəvi oğlum dediyi bir şəxsdir. Eyni zamanda bu terrorçu Rusiya tərəfindən qəbul edilib danışılır. Bu terrorizimlə mücadilədə hər kəsi zora salacaq bir addımdır. Bu gün bizə sabah başqasına. Bununla bağlı bilgiləri verdik. Mərkəzi Kəşfiyyat İdarəsinin bu adamı terrorçu kimi qəbul etdiyi sənədi də Trampa verdim. MKİ bu adamın terrorçu olduğunu sənədləşdirib vaxtı ilə. Trampın göndərdiyi məktubu da eynən özünə qaytardıq"- Ərdoğan belə deyib. 

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən görüş başa çatıb.

Avropa.info xəbər verir ki, prezidentlərin mətbuat konfransı keçirəcəyi gözlənilir.

***

Türkiyə prezidenti Ərdoğan dəvət edildiyi Vaşinqtonda prezident Donald Tramp tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Avropa.info xəbər verir ki, prezidentlər xanımları ilə Ağ Evin qarşısında jurnalistlər üçün foto çəkdiriblər. 

Mətbuat üçün təşkil olunan kiçik brifinqdə prezidentlər jurnalistlərin suallarına cavab verib.

Tramp təkbətək və heyətlərarası görüşdən əvvəl bu sözləri deyib:

"Atəşkəs davam edir, kürdlərlə görüşdük. Xeyli məmnundurlar. Sərgədinizin təhlükəsizlikdə olmasından məmnunam. Bununla yanaşı S-400-lər və F-35-lər məsələsini də müzakirə edəcəyik. Türkiyə İŞİD-çiləri çox yaxşı izləyir. İŞİD məsələsində çox uğur qazandıq. İŞİD-in üç nömrəli adamının izindəyik. Ancaq neftin təhlükəsizliyini təmin etmək üçün hərbçi saxladıq. 

İlk gündən bəri dostuq, bir-birimizi çox yaxşı başa düşürük. Bu tək istiqamətli yol deyil. Sizin burada qarşılamaq böyük şərəfdir". 

Ərdoğan isə cavbında təşəkkür edərək "Mətbuat konfransında hər şeyi ətraflı danışacağıq" cavabı verib.

Təkbətək görüşün 30 dəqiqə, heyətlərarası arası görüşün də 1 saat davam etdiyi nəzərə alınarsa görüşün 1,5 saat çəkməsi gözlənilir.

 


Oxunma sayı: 6480

Oxşar yazılar