FHN əməkdaşları dənizə düşən şəxsi sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər

  • 22:04 - 13 Noyabr

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.  

FHN-dən Avropa.info-ya verilən məlumata görə dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 2443

Oxşar yazılar