Muxtar Babayev II Paris Sülh Forumunda iştirak edir

  • 19:46 - 13 Noyabr

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Fransada işgüzar səfərdədir. 

Nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti II Paris Sülh Forumunda təmsil olunur.

M.Babayev çıxışında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qanunsuz fəaliyyətlərinə toxunub. Nazir Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində meşələrin məhv edilməsi, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın dağıdılması məsələlərini qaldırıb.

Qeyd edək ki, II Paris Sülh Forumu noyabrın 12-də öz işinə başlayıb. Tədbirdə 30-a yaxın dövlət başçısı iştirak edir. 


Oxunma sayı: 3499

Oxşar yazılar