Türkiyədə şagirdləri Atatürkün şəkili önündə səcdə etdirdilər – Təhsil Nazirliyi istintaqa başladı

  • 17:33 - 13 Noyabr

Türkiyə Təhsil Nazirliyi 10 noyabrda bir məktəbdə keçirilən Mustafa Kamal Atatürkü anma proqramı ilə bağlı sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma və istintaqa başlayıb.

Avropa.info xəbər verir ki, Nazirliyin Atatürkün vəfatının 81-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir:

“10 noyabr Atatürkü anma proqramını mənasından uzaqlaşdıraraq, pedaqoji baxımdan qəbuledilməz manipulyasiya əsas verən tədbirlə bağla araşdırma başlayıb”. 

Qeyd edək ki, yayılan görüntülərdə uşaqların Atatürk portreti qarşısında səcdə etdiyi əks olunmuşdu. 


Oxunma sayı: 7140

Oxşar yazılar