Ərdoğan-Tramp görüşünə bir neçə saat qalmış Ağ Ev ətrafında şütüyən yük maşınları gündəm oldu

  • 16:41 - 13 Noyabr

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Ərdoğanın görüşünə bir neçə saat qalmış Vaşinqton küçələrindən xüsusi işıqlandırılmış yük maşını konvoyunun keçməsi marağa səbəb olub.

Avropa.info xəbər verir ki, “Reuters” Ağ Evin yaxınlarında hərəkət edən konvoyu fotolarla çatdırıb. Ağ Ev ətrafında hərəkət edən yük maşınlarının üzərində qoyulan monitorlarda isə Türkiyənin regionda cərəyan edən böhranların təsirinə necə məruz qalması əks olunub.

Ekranlarda İŞİD-in Türkiyəyə verdiyi zərər statistika ilə göstərilərkən, bir yük maşınının üzərinə Türkiyənin regionda göstərdiyi humanitar yardımlar göstərilib.


Oxunma sayı: 6601

Oxşar yazılar