Erasmus+ KA2 layihəsi çərçivəsində müzakirələr aparılıb

  • 13 Noy - 2019

Bakı Mühəndislik Universitetinin (BMU) Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, dosent Samir Quliyev, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov “Ali təhsil müəssisələrində miqrasiya təhsilinin təşviqi - PROMİG” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində Gürcüstanın Tbilisi şəhərində təşkil olunan görüşdə iştirak edib.

Avropa.info xəbər verir ki, İvane Cavaxişvili Tbilisi Dövlət Universitetində reallaşan görüşdə layihənin tərəfdaş universitetlərinin həyata keçirdiyi işlər və gələcək tədbirlərin planlaşdırılması, layihə çərçivəsində görüləcək inzibati, həmçinin akademik mövzular geniş şəkildə müzakirə olunub.

Tbilisi Dövlət Universitetinin rəhbərliyi ilə icra olunan layihədə Xəzər Universiteti, Avropa Birliyindən Oldenburq Universiteti (Almaniya), Qraz Universiteti (Avstriya), Alikante Universiteti (İspaniya), eyni zamanda Kabul Universiteti və Tabeş Universiteti (Əfqanıstan) də iştirak edib.

Layihə çərçivəsində növbəti görüş isə BMU-da keçirilib. Görüşdə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müəllimi Anar İskəndərov, Tbilisi Dövlət Universitetinin və cari layihənin koordinatoru Nino Parsadanişvili, Gürcüstan İctimai İşlər İnstitutunun əməkdaşı İrina Bakradze, Milli Erasmus+ Azərbaycan ofisinin əməkdaşı Zəfər Həsənov və layihənin Azərbaycandan olan digər tərəfdaşı-Xəzər Universitetin əməkdaşı Ülkər Bayramova iştirak ediblər.

Görüşdə cari layihənin icra vəziyyəti, mövcud çətinliklər və həlli yolları ətraflı müzakirəyə çıxarılıb, universitet rəhbərliyi üçün yeni təkliflər tövsiyə olunub.

Qeyd edək ki, BMU tərəfdaş universitet kimi Avropa Birliyinin maliyyələşdirdiyi bir çox layihələrdə aktiv iştirak edir. Bu layihələrdən biri də “Ali təhsil müəssisələrində miqrasiya təhsilinin təşviqi - PROMİG” adlı Erasmus+ KA2 layihəsidir.

 


Oxunma sayı: 1244

Oxşar yazılar