"Mətbuat belə həssas mövzularda çox diqqətli olmalıdır" – Etiraz

  • 15:23 - 13 Noyabr

Bu ilin avqustunda Bakıda qadınlara qənim kəsilən gəncin həbs olunması haqda mətbuatda məlumat dərc olunmuşdu. Məlumatda bildirilirdi ki, gənc qadınlara müxtəlif adlarla yaxınlaşır, yaralayır, qarət edirmiş.

Onun “qurbanlarından”biri Sumqayıt sakini Sevinc Qənimova olub. Həmin xanım təzə tanış olduğu Orxan adlı şəxs tərəfindən avqustun 25-də, 08:00 radələrində, akademik Həsən Əliyev küçəsində kirayələdiyi evdə bıçaqlanıb. Yeni sevgilsi münaqişə zəminində çoxsaylı bıçaq zərbələri ilə onu kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb. Ağır vəziyyətdə olan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin dindirmə zamanı zərərçəkən ona yeni tanış olduğu Orxan adında şəxsin hücum etdiyini bildirib. Lakin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri nəticəsində fakt üzrə Bakı sakini saxlanılıb. Özünü Orxan kimi təqdim edən şəxsin əslində, 1999-cu il təvəllüdlü Qurbanlı Aslan Azər oğlu olduğu ortaya çıxıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs bir həftə öncə Məlahət Əli adlı qadına da hücum edərək, pul və qiymətli əşyalarını oğurlayıb. Məlum olub ki, 20 yaşlı şəxs müxtəlif adlar altında tənha qadınlarla tanış olaraq onların etibarını qazanmağa çalışıb. Daha sonra isə xəsarət yetirərək, həmin qadınları qarət edib.Bu faktlarla bağlı bağlı istintaq aparılıb.

Bəzi mətbu orqanlar isə bu olaydan istifadə edərək həmin şəxsin “Polisə Dəstək” İctimai Birliyinin sədri, hüquqşünas-publisist Şəmsəddin Əliyevin və polis sistemində çalışan bir neşə şəxsin qohumu olduğunu əsas gətirərək onları qaralamağa çalışıblar.

Bu məsələnin qərəzli şəkildə bəzi mətbu orqanlarda bu cür təqdim edilməsi ilə bağlı saxlanılan şəxsin qohumlarından biri bolgexeber.com-a bunları bildirib:

“Baş verən hadisə ilə bağlı Şəmsəddin müəllimi hədəf almaq nə dərəcədə doğrudur? Şəmsəddin müəllim uzun illərdir bütün şüurlu həyatını cinayətkarlıqla mübarizəyə həsr edib. Polis orqanlarında yüksək vəzifələrdə çalışıb. Bir cavan oğlunu Vətənə xidmət edərkən itirib. O da zabit olub. Şəmsəddin müəllimin qohumunun cinayəti subut olunsa belə, bunun Ş.Əliyevin ictimai fəaliyyətinə heç bir aidiyyəti ola bilməz. Əgər yetkinlik yaşına çatan  bir şəxshansısa bir cinayət törədibsə, buna görə onun əmisi, babası,yaxınları, hətta atası belə hüquqi məsliyyət daşımır. Mənəvi baxımdan isə söhbət edilən məsələdə mümkün deyil ki, saxlanılan həmin şəxsin adıçəkilən yaxınları onun bu cür əməllərini təqdir etsinlər.

Bu həssas mövzularda çox diqqətli olmaq lazımdır və belə məlumatı mətbutda dərc etməzdən əvvəl ölçülüb-biçilməlidir ki, bu tip məlumatların ümumiyyətlə cəmiyyətə nə xeyri ola bilər?! Hadisəyə obyektiv yanaşma əvəzinə nüfuzlu şəxsləri qərəzli şəkildə gözdən salmaq məqsədi, niyyəti daşıyan, ucuz sensasiya naminə məlumatların, araşdırma adı ilə yayılması isə jurnalistə yaraşan iş deyil”.


Oxunma sayı: 3202

Oxşar yazılar