Trampdan Ərdoğana 100 milyard dollarlıq sürpriz təklif

  • 14:48 - 13 Noyabr

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Vaşinqtona kritik məsələləri müzakirə etmək üçün səfər etdiyi bir vaxtda, nüfuzlu  "Washington Post" qəzeti ABŞ prezidenti Donald Trampın Ərdoğana 100 milyard dollarlıq ticarət sazişi və S-400-lərlə əlaqədar sanksiya məsələsini həll etmək üçün yeni təkliflərlər paketi hazırladığını yazıb.

Avropa.info xəbər verir ki, "Washington Post"a danışan qaynaqlar, Trampın  ABŞ ilə Türkiyə arasındakı əlaqələri düzəltmək üçün hazırladığı təkliflər paketini keçən həftə Ərdoğana göndərdiyini bildiriblər.

Qəzet, Trampın təkliflərinin keçən ay "Barış Pınarı" əməliyyatı səbəbiylə Türkiyəyə qarşı sanksiya tətbiqini dəstəkləyən ABŞ Nümayəndələr Məclisi üzvlərini qəzəbləndirəcəyini yazıb.
 

Ərdoğan dünən Vaşinqtona prezident Trampın dəvəti ilə gedib. Ərdoğan-Tramp görüşünün bu axşam saat 21: 00-da baş tutacağı gözlənilir. 

Avropa.info   


Oxunma sayı: 16655

Oxşar yazılar