BMU-nun rektoru beynəlxalq şirkətin nümayəndələri ilə görüşüb

  • 13 Noy - 2019

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov “Biznes təlimləri” proqramı çərçivəsində universitetdə təlimlər keçən PL Concultancy beynəlxalq şirkətinin qurucusu Marco Emadi və avstraliyalı təlimçi Peter Sewell ilə görüşüb. 

Avropa.info xəbər verir ki, rektor qonaqlara universitetin fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar, burada yaradılan müasir standartlara uyğun maddi-texniki baza haqqında ətraflı məlumat verib. Müasir dövrdə informasiya texnologiyalarnın surətli inkişafından söz açan H.Məmmədov Prezident cənab İlham Əliyevin rəhbərliyi ölkəmizin bu sahədə ciddi uğurlar əldə etdiyini vurğulayıb. Rektor, həmçinin İT ilə bağlı BMU-da görülən işlərə də toxunub. 

Marco Emadi səmimi qəbula görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib. O, bu şirkətin ilk dəfə Hollandiyada yarandığını və əsas məqsədin beynəlxalq səviyyədə təlim vermək olduğunu bildirib.Qonaq, həmçinin tələbə mübadiləsində maraqlı olduğunu söyləyib. 

Sonra görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. 

BMU-da keçirilən 2 günlük və biznesyönümlü “Building High Performance Teams”, “The influence of Worldviews”, “Emotional Intelligence for Leadership” adlı təlimlər tələbələrin liderlik qabiliyyətlərinin artırılmasına, zəif nöqtələri yönündə işləyib öz bacarıqlarının inkişaf etdirilməsinə yönəlib. Təlimlər ingilis dilində və müzakirələr şəklində aparılır, eyni zamanda interaktiv yarışlar da keçirilir. Təlimlər BMU-nun Beynəlxalq əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı, həmçinin PLConsultancy beynəlxalq şirkəti və Multikulturalizm Klubunun dəstəyi ilə keçirilir.


Oxunma sayı: 1013

Oxşar yazılar