“Barış pınarı” əməliyyatı: Terrorçuların basdırdığı 923 bomba zərərsizləşdirildi

  • 13 Noy - 2019

Suriyada “Barış pınarı” əməliyyatı nəticəsində terrorçulardan təmizlənən bölgələrdən qaçan YPG/PKK terrorçuları mülki vətəndaşların evlərinin olduğu ərazilərə kustar üsulla hazırlanmış bombalar və minalar basdırıb.

Türkiyə Müdafiə Nazirliyindən Avropa.info-ya verilən açıqlamada bildirilib ki, “Barış pınarı” əməliyyatının keçirildiyi ərazilərdə bu günə qədər 923 ədəd kustar üsulla hazırlanmış bomba və 337 mina zərərsizləşdirilib.

Qeyd olunub ki, hazırda bu istiqamətdə işləri davam edir və hərbçilərə bu işdə onlara minaaxtaran itlər də kömək edir. Terrör təşkilatının ev, yol və iş yerlərinə yerləşdirdiyi minalardan vətəndaşlar böyük zərər görür.

Xatırladaq ki, 12 yaşlı İyed Bahtani və 10 yaşındakı bacısı Rines Bahtani yenidən qovuşduqları evlərinin həyətində oynadıqları zaman PKK/YPG terrorçularının basdırdığı minanın partlaması nəticəsində yaralanmışdı.


Oxunma sayı: 639

Oxşar yazılar