Azərbaycanlı ekspertə Hindistanda böyük etimad

  • 13:08 - 13 Noyabr

Hindistanın Dehli şəhərində 4-cü Qlobal Kənd Təsərrüfatı sammiti keçirilib. Bütün dünyadan mindən artıq kənd təsərrüfatı siyasətini müəyyən edən şəxslər, şirkət rəhbərləri, ekspertlər və rəsmi şəxslər sammitdə iştirak edib.

Kənd təsərrüfatı məhsullarının ixracı strategiyası sahəsindəki geniş təcrübəsi və Kənd Təsərrüfatı İxrac Şurası vasitəsi ilə Hindistan və bütün dünya ölkələri arasında aqrar ticarətin inkişafında oynayacağı vacib rolu nəzərə alınaraq siyasi-iqtisadi analitik ekspert Turab Rzayev də sammitə qatılıb.

Bu məlumatı Avrorpa.info-ya açıqlamasında jurnalist Elnur Eltürk bildirib.

Onun sözlərinə görə, Hindistan Ərzaq və Kənd Təsərrüfatı Palatasının sədri MJ Xan çıxışında Turab Rzayevin Kənd Təsərrüfatı İxrac Şurasının kənd təsərrüfatı sənayesini, institutları təmsil edən 25 qurucu üzvündən biri olmasından şərəf duyduqlarını deyib.

Qeyd edək ki, Hindistanın Ticarət Nazirliyi, Hindistan Ərzaq və Kənd Təsərrüfatı Palatası (HƏKTP) və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə keçirilən sammit çərçivəsində Kənd Təsərrüfatı Eksport Konfransı da baş tutub. Konfransın əsas məqsədi Hindistandan kənd təsərrüfatı məhsuları ixracını iki dəfə artırmaqdır. Bunun üçün əsas gücün məhsuldarlığın effektliyinin artırılmasına, dəyərlər zəncirinin inkişafına və fermer gəlirlərinin artırılmasına verilməsi nəzərdə tutulur.

HƏKTP 2022-ci il üçün qarşıya qoyulmuş kənd təsərrüfatı məhsulları ixracının ikiqatına çıxarılaraq 60 milyard dollar həcminə çıxarılması hədəfini həyata keçirmək məqsədilə edilən bütün cəhdləri, bu prosesdə iştirak etməsi nəzərdə tutulan bütün tərəfləri bir sinerji platformasına yığmağı ən uğurlu vasitə hesab edib, bu məqsədlə 25 üzvdən ibarət Kənd Təsərrüfatı İxrac Şurasının əsasını qoyub.

Şuranın açılışında Hindistan Siyasi Təhlil Mərkəzinin sədr müavini Rajiv Kumar, Kənd Təsərrüfatı Nazirliyindən SK Malhotra, APEDA sədri Sh. Paban Borthakur və s. rəsmi şəxslər də iştirak edib.


Oxunma sayı: 3246

Oxşar yazılar