“İŞİD-in çox vacib adamlarından birini ələ keçirdik” – Süleyman Soylu

  • 12:32 - 13 Noyabr

Türkiyə daxili işlər naziri Süleyman Soylu terrorla mübarizə sahəsində uğurlarla bağlı məlumat verib.

Avropa.info xəbər verir ki, Soylu Suriyada keçirilən əməliyyatla İŞİD-in vacib adamlarından birinin ələ keçirildiyini açıqlayıb. O, Avropa dövlətlərinin vətəndaşı olan İŞİD üzvləri ilə bağlı bu sözləri deyib:

“Kimsənin terrorçusunun oteli deyilik. Almaniya və Hollandiya alacaqları şəxsləri müəyyən etdilər. Ayrıca bir müddət əvvəl İŞİD-ibn vacib adamını Suriyada ələ keçirdik”.

FETÖ ilə mübarizə məsələsinə toxunan türk nazir qarşıdakı günlərdə çox vacib əməliyyatların keçiriləcəyini qeyd edib.


Oxunma sayı: 10308

Oxşar yazılar