İsrail Qəzzanı bombalamağa davam edir – Ən azı 12 ölü, 45 yaralı

  • 12:03 - 13 Noyabr

İsrailin dünən etibarən davam edən hava hücumları nəticəsində Qəzza zolağında 12 nəfər ölüb.

Avropa.info xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, yaralı sayı 45 nəfərə çatıb.

İslami Cihad Hərəkatının hərbi qanadı Qüds səriyyələrinin verdiyi açıqlamaya görə, bu gün öldürülən şəxslərdən biri təşkilatın rəhbərliyində təmsil olunub. Ölən şəxsin kimliyi açıqlanmayıb.

Qeyd edək ki, İsrail ordusu dünən Qüds səriyyələrinin əsas komandirlərindən biri Baha Əbul Ataya qarşı əməliyyat keçirdiyini açıqlamışdı. Əməliyyat nəticəsində Baha Əbul Ata və arvadı Əsma Əbul Ata öldürülmüşdü.


Oxunma sayı: 9615

Oxşar yazılar