Türkiyə PKK-ya qarşı qış əməliyyatına start verdi

  • 11:23 - 13 Noyabr

Türkiyə DİN ölkənin Van, Hakkari, Şırnak vilayətlərində jandarma, polis və təhlükəsizlik keşikçilərindən ibarət 2360 nəfərlə Kıran-6 əməliyyatına start verib.

Avropa.info xəbər verir ki, əməliyyat bu vilayətlərdə PKK terror təşkilatının qış sığınacaqlarının yaradılmasının qarşısının alınması və regiona sığınan PKK üzvlərinin zərərsizləşdirilməsi məqsədilə həyata keçirilir.

Əməliyyatda jandarma komandosu, jandarma xüsusi təyinatlıları, təhlükəsizlik keşikçiləri və polis xüsusi təyinatlılarından ibarət 157 taqım, 2360 nəfər personal üzvü iştirak edir.


Oxunma sayı: 4445

Oxşar yazılar