Boliviyanın devrilmiş prezidenti ilk gecəsini belə keçirdi – Foto

  • 11:05 - 13 Noyabr

Boliviyada 20 oktyabrda keçirilən prezident seçkisindən sonra ölkədə baş verən iğtişaşlar nəticəsində istefa verdiyini açıqlayan prezident Evo Morales vəzifədən getməsindən sonra keçirdiyi ilk gecənin fotosunu “Twitter”də paylaşıb. 

Avropa.info xəbər verir ki, o, hərbi çevriliş nəticəsində istefa verdiyini açıqlayıb:

“Bu çevriliş nəticəsində prezidentlikdən getdikdən sonra keçirdiyim ilk gecə. Mesa və Kamaço polisə yardım edərək, hərbi çevrilişi həyata keçirdi. Lider olduğum günləri xatırladım. Məni qoruyan və nəzarət edən Koçabamba tropik ittifaqındakı qardaşlarıma minnətdaram”.

Qeyd edək ki, istefasına qədər Morales Boliviyanı 14 il idi ki, idarə edirdi.


Oxunma sayı: 4687

Oxşar yazılar