Ərdoğan ABŞ-a gəldi

  • 10:46 - 13 Noyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşmək üçün özəl təyyarəsi ilə Vaşinqtona enib.

Avropa.info xəbər verir ki,  Endrüs hava limanında Ərdoğanı Türkiyənin Vaşinqton səfiri Sərdar Kılç, Türkiyənin BMT-dəki daimi səfiri Firudin Sinirlioğlu, ABŞ baş protokol müdiri Kam Henderson və digər rəsmilər qarşılayıb.

Səfərdə Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, AKP sədr müavini Mahir Ünal, AKP sözçüsü Ömər Çelik, rabitə naziri Fəxrəddin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.


Oxunma sayı: 5655

Oxşar yazılar