Bakıda çoxmərtəbəli binada yanğın: sakinlər təxliyə edildilər

  • 10:14 - 13 Noyabr

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin dəhlizində 1 ədəd dolab yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 2740

Oxşar yazılar