Bakıda naməlum şəxs yolu bağladı – Polis araşdırma aparır (Video)

  • 10:06 - 13 Noyabr

Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin yolu bağlaması və avtomobillərin hərəkətinə mane olması ilə bağlı video yayılıb. Kadrlardan görünür ki, bir nəfər avtomobil yolunu bağlayır, qeyri-etik hərəkətlər edir, yolda hərəkətə imkan vermir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Avropa.info-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

"Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”,-deyə o bildirib.

Əldə etdiyimiz məlumata görə, hadisə "Neftçilər" metrostansiyasından bir qədər aralıda, Bakıxanov qəsəbəsinə gedən yolda qeydə alınıb.


8vDRC-om4LM

Oxunma sayı: 3070

Oxşar yazılar