Tramp və Makron Suriya üzrə əlaqələri davam etdirməyi razılaşdırıblar

  • 23:09 - 12 Noyabr

ABŞ və Fransa prezidentləri Donald TrampEmmanuel Makron telefon danışığının gedişatında Suriya üzrə əlaqələri uyğunlaşdırmağa razılaşdırıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları həmçinin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

"Liderlər Suriya üzrə koordinasiyanın davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar həmçinin İranın nüvə proqramının davam etdirilməsi üzrə addımları ilə bağlı narahatlıqlarını ifadə ediblər", - deyə xəbərdə bildirilir.


Oxunma sayı: 4577

Oxşar yazılar