Ruslar Suriyada S-300 və S-400 komplekslərini niyə söndürüb? - İsrail kəşfiyyatı bu məsələni araşdırır

  • 12 Noy - 2019

Rusiya Suriya ərazisində yerləşdirdiyi S-400 “Triumf” və S-300 “Favorit” zenit-raket komplekslərini deaktiv edib. Virtualaz.org xəbər verir ki, bu haqda İsrail KİV-ləri kəşfiyyat mənbələrinə istinadən bildirir.

Səbəblər məlum deyil, amma “Debka” saytı bildirir ki, hazırda Suriya ərazisində Rusiyanın orta mənzilli heç bir havadan müdafiə sistemi aktiv deyil.

 

“Rusiyanın “Hmeymim” aviabazasındakı S-400 kompleksləri sakitcə “deaktiv” edilib. Bir hərbi mənbə bildirib ki, hazırda Suriyada heç bir S-400 kompleksi fəaliyyətdə deyil. Üç ay qabaq “DEBKAfile” hərbi mənbələri Rusiyanın S-400 sistemlərinin Masyaf əyalətindən qrbdəki mühüm Suriya hərbi obyektinin hüdudlarından kənarda yerləşdirildiyini, amma deaktiv edildiyini və radarlarının söndürüldüyünü bildirmişdi”,-nəşr yazır.

Maraqlı fakt həm də budur ki, bir neçə həftə əvvəl “Hmeymim” aviabazasına Rusiyanın hərbi yük və nəqliyyat təyyarələri bir-birinin ardınca eniş ediblər. Həmin təyyarlərin S-400 komplekslərini ərəb respublikasından çıxardığı istisna deyil, hərçənd bu barədə heç bir rəsmi şərh yoxdur.

İsrail nəşrinin yazdığına görə Rusiyanın Suriyada qabaqcıl zenit-raket komplekslərini “söndürməsi” spekulyasiya predmetidir, bəzi ehtimallara görə onların saxlanılması xərc tələb etdiyindən Rusiya Suriya əməliyyatları büdcəsini məhdudlaşdırdığından bu komplekslər çıxarılır. Digər versiyaya görə son vaxtlar Moskva S-400 komplekslərini xarici müştərilərə bir-birinin ardınca satdığı üçün Rusiyanın özündə həmin komplekslər çatışmır. Xüsusən də Qara dəniz və Baltik regionu ətrafında.

Virtualaz.org


Oxunma sayı: 1244

Oxşar yazılar