Bağçada 50-dən çox uşaq kəskin qoxulu maddədən zəhərləndi

  • 12 Noy - 2019

Çinin cənub-qərbindəki Yunnan əyalətində uşaq bağçasına hücum olub.

Trend-in məlumatına görə, 23 yaşlı şəxs binaya soxularaq kəskin qoxulu maddə püskürdüb.

İnsident nəticəsində 51 uşaq zəhərlənib. İki nəfər ciddi xəsarət alsa da, onların həyatına təhlükə olmadığı deyilir.

Polis həmin şəxsi saxlayıb. O, hücumu “cəmiyyətdən intiqam almaq məqsədilə” həyata keçirdiyini deyib.


Oxunma sayı: 485

Oxşar yazılar