Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib

  • 21:03 - 12 Noyabr

Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib.

7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb.

Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.

İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücuma məruz qalan gəmidə 35 nəfər olub.

trend


Oxunma sayı: 4280

Oxşar yazılar