Əfqanıstanda yol qəzasında 17 nəfər ölüb

  • 20:28 - 12 Noyabr

Əfqanıstanda ölümlə nəticələnən yol qəzası baş verib. 

Qəza Bağlan vilayətində qeydə alınıb. 

Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 4-ü uşaq, 5-i qadın olmaqla, ümumilikdə 17 nəfər ölüb. 

Faktla bağlı araşdırma aparılır.(apa)


Oxunma sayı: 3598

Oxşar yazılar