Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 22,56 faiz artıb

  • 19:50 - 12 Noyabr

Bakıda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında 4-cü ticarət məclisi keçirilir. 

Tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nın İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mənsuri, BƏƏ-nin Azərbaycandakı səfiri və digər qurumların təmsilçiləri iştirak ediblər. 

Ticarət məclisində BƏƏ tərəfindən 20-dən çox nümayəndə iştirak edir. 

Qeyd edilib ki, cari ilin doqquz ayında Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 22,56 faiz artıb.


Oxunma sayı: 4874

Oxşar yazılar