Siyavuş Novruzov: “Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında nə paylayırlar?”

  • 18:09 - 12 Noyabr

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən YAP icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov Müsavat Partiyasının piket keçirmək istəyinə diqqət çəkdi.

“Əgər hər hansı bir təklifin varsa, yazılı şəkildə Milli Məclisə, Prezidentə müraciət et! Bakı Şəhər İcra Hakimiyyətinin qabağında qarışıqlıq yaratmaq, asayişi pozmaq, dərsləri pozmaqda məqsədin nədir? Əgər onlar gedib BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında piket keçirsəydilər, mən belə başa düşərdim ki, onlar 1 milyon insanın bələdiyyə seçkilərində iştirak etmək hüququndan məhrum olduğu üçün etiraz bildirirlər. Yoxsa Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında nə verirlər, nə paylayırlar ki, ora axışırlar? Gərək söyüş söyəsən, Azərbaycan xalqının maraqlarının əleyhinə çıxasan?”

S.Novruzov bu aksiyada azsaylı insanların iştirak etdiyini vurğuladı: “Cəmi 30 nəfər adam yığırlar. 30 nəfərə görə insanları narahat edirlər. Hansı bəndə hansısa iradın varsa, qoy ortaya! Heç bir sahədə heç nə tapa bilmirlər. Ortaya bir iqtisadçı çıxarıblar, “Azərbaycan büdcəsinin 20 zəif bəndi” yazır. Heç büdcədən də, Azərbaycanın iqtisadiyyatından da xəbərdar deyil”.

Sonda komitə sədri hökumətə üz tutaraq, “gələn il seçki ili olduğu üçün imkan dairəsində siyasi partiyalara vəsaitin artırılmasını xahiş edirəm” - söylədi.

Musavat.com


Oxunma sayı: 3774

Oxşar yazılar