17 konqresmendən Trampa məktub: “Ərdoğanın səfərini ləğv et”

  • 17:39 - 12 Noyabr

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat və respublikaçı üzvləri prezident Trampa məktub yazaraq Türkiyə prezidenti Ərdoğanın bu ölkəyə səfərinə qarşı çıxdıqlarını çatdırıblar.

Avropa.info xəbər verir ki, iki respublikaçı 17 demokrat konqresmenin imzaladığı məktubda “Mövcud şərtlər nəzərə alındıqda Ərdoğanın ABŞ-a səfəri son dərəcə yersiz prosesdir. Bu dəvət geri qaytarılmalıdır” çağırışı edib.

Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının sədri demokrat Eliot Engelin təşəbbüskarı olduğu məktubda Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatın ABŞ milli təhlükəsizliyi baxımından “fəlakətə bərabər nəticələr” yaratdığı və NATO daxilində dərib çatların formalaşmasına səbəb olduğu deyilir.

Trampa yazılan məktubda Türkiyənin Rusiyadan aldığı S-400 HHM sistemləri və NATO müttəfiqi olan Türkiyənin bu cür addımlarla Rusiyaya yaxınlaşdığı vurğulanır.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan bu gün ABŞ-a səfər edib. 


Oxunma sayı: 3994

Oxşar yazılar