“ABŞ Fəratın şərqində separat dövlət yaratmaq üçün hər şey edir” – Sergey Lavrov

  • 15:46 - 12 Noyabr

ABŞ Suriyanın Fəratın şərqindəki torpaqlarını ayırıb, orada separat qurama dövlət yaratmaq istəyir.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Paris forumunda çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. 

“Onlar Fərat çayının şərqində hər şeyi edirlər ki, separat dövlət yaratsınlar və SDQ (YPG/PKK) bazasında yerli idarəetmə formalaşdırmaq üçün Körfəz ölkələrindən ora sərmayə qoymağı xahiş edirlər. Bunu Suriyanı parçalamaq və orada yerləşən neft yataqlarına nəzarət etmək üçün məqsədli şəkildə edirlər” – Lavrov belə deyib.

Lavrovun sözlərinə görə, ABŞ müttəfiqlərinə Suriyanın dirçəlişi üçün sərmayə qoymağı qadağan edir. 

“Ölkənin dirçəlişindən danışarkən biz Suriya hökuməti ilə birgə ölkənin normala hala gəlməsi qaçqınların qayıtması üçün modern infrastruktur şərtləri yaratmaqla bağlı hər kəsi dəvət edirik. ABŞ isə qəti şəkildə bunun vacibliyini rədd edir və hökumətin nəzarət etdiyi ərazilərdə NATO, Avropa İttifaqı ölkələrinə hər hansı layihə həyata keçirməyi qadağan edir” – Lavrov belə deyib.


Oxunma sayı: 3972

Oxşar yazılar