Suriyanın terrorçulardan təmizlənən ərazilərində su xətləri bərpa olundu

  • 14:48 - 12 Noyabr

Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərq istiqamətində başlatdığı "Barış pınarı" əməliyyatı ilə terrordan təmizlənen Suriyanın şimalında yerləşən Haseke əyaləti də suya qovuşub

"Barış pınarı" əməliyyatı ilə terrordan təmizlənən Hasekeyə su xətləri yeniləndikdən sonra su verilib.

Avropa.info Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rəsulayn, Derbesiye, Haseke və digər ucqar əraziləri su ilə təmin edən Allouk Su Anbarının var gücü ilə çalışması üçün təmir işləri aparılır.

Bu çərçivədə bu günə qədər aparılan təmir işlərindən sonra Hasekeyə su verilib.

Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və cənubunda terror dəhlizi yaradılmasına mane olmaq, DEAŞ və PKK/KCK/PYD-YPG başda olmaq üzrə milli təhlükəsizliyini təhdid edən terror təşkilatları və terroristləri zərərsizləşdirmək və yurdlarından didərgin salınmış suriyalıların evlərinə və torpaqlarına qayıtmaları üçün lazım olan şəraiti təmin etmək məqsədilə 9 oktyabrda Sülh Çeşməsi əməliyyatını keçirib.


Oxunma sayı: 4126

Oxşar yazılar