“İnqilabdan bu yana ən ağır günlərimizi yaşayırıq” – Ruhanidən acı etiraf

  • 14:47 - 12 Noyabr

İranın Kirman vilayətində çıxış edən İran prezidenti Həsən Ruhani ölkənin neft satışı ilə bağlı açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Ruhani İranın normal imkanlara sahib olmadığını və çox ağır dövrdən keçdiklərini bildirib:

“İnqilabdan bu yana ən ağır günləri və ayları yaşayırıq. İndiyə qədər neft satışında və bir neft tankerinin hərəkətində bu qədər problemlə üzləşməmişdik”.

O, 2011-2012-ci illərdə İrana tətbiq olunan sanksiyalardan sonra neft satışının 1 milyon barelə düşdüyünü, ancaq nüvə müqaviləsindən sonra 2 milyon 800 min barelə çıxdığını xatırladıb:

“İqtisadiyyatdan anlayışı olmayanlar “nefti satmasaq da vacib deyil, qapısına kilid vurarıq, sonra yenə satarıq, mədən və kənd təsərrüfatı işlərini də dayandırar, sonra edərik” deyə bilər, ancaq qapıları bağlamaq yox, açmaq hünər göstərməkdir. Quyuları yenidən fəal hala salmaq üçün nüvə müqaviləsindən sonra 800 milyon dollar xərclədik”.

İranın yalnız idxal üçün ildə 60 milyard dollara ehtiyacı olduğunu deyən Ruhani vergiləri ehtiyac olan pulun sadəcə 30%-ni ödədiyini, nefti sata bilmədikləri halda qalan 70%-in təmini üçün mənbə olmadığını deyib.


Oxunma sayı: 4082

Oxşar yazılar