Arif Hacılı sərbəst buraxıldı – Yenilənib

  • 14:24 - 12 Noyabr

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

Avropa.info xəbər verir ki, bu barədə partiya sədri özünün "Facebook" səhifəsində məlumat yayıb.

***

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Avropa.info xəbər verir ki, Müsavat Partiyası Aparatının rəhbəri Gülağa Aslanlının yaydığıməlumata görə, A.Hacılı partiyanın ofisinə gedərkən 8-ci mikrorayonda saxlanılıb.

"Onun maşını yol polisi tərəfindən saxlanılıb. Hacılı maşından düşürülüb və saxlanılıb. Başqanın hara aparıldığı hələ bilinmir”,-deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.


Oxunma sayı: 3477

Oxşar yazılar