İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər

  • 13:08 - 12 Noyabr

Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəliyi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti ilə Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) İzmir Şöbəsi izmirli iş adamlarının Bakıya işgüzar səfərini təşkil edib. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəsi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti sədri Dr. Asif Kurban səfərin məqsədləri haqqında danışıb. 

“İzmirli iş adamlarının Azərbaycana əsas səfəri biznes dünyası, sərmayə yatırımının şəraitini daha yaxından tanıdılması və əməkdaşlıqların qurulması haqqında bilgiləndirmək idi. Eyni zamanda bu səfərin məqsədlərindən biri də hələ 1985-ci ildən Bakı-İzmir qardaşlamışıq şəhərdədirlər. Bu qardaşlağın və əlaqələrin daha artmasına nail olmaq və ümumi olaraq “Bir millət,iki dövlət” olan Azərbaycanla Türkiyə arasında qardaşlıq, ticarət və iqtisadi də olmaqla, uzun müddətli əməkdaşlıq münasibətlərini inkişaf etdirməkdir”. 

Asif Kurban, xüsusilə, bu təşəbbüsə ilk gündən müsbət yanaşan Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) İzmir Şöbəsinin sədri Bilal Saygılıya, səfərdə iştirak edən iş adamlarına, heyəti Bakıda yüksək səviyyədə qəbul edən Azərbaycan Respublikası Vergilər Nazirliyinə, omburdsman və nazir müşaviri Elçin Məmmədova və nazirliyin əməkdaşlarına, Kənd Təsərrüfatı Nazirliyinə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və komitənin əməkdaşlarına, Dövlət Turizm Agentliyi rəhbərliyinə, Türkiyə Səfiri Erkan Özorala, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayeve, MÜSİAD-ın Azərbaycan rəhbərliyinə və Qafqaz Turizm Şirkətinə təşəkkür edib. 

Səfərdə iştirak edən sahibkarlar rəsmi görüşlərlə birgə ikili əməkdaşlıq görüşlər də həyata keçirdilər. Qonaqlar eyni zamanda Bakının görməli və tarixi yerləri ilə tanış olublar. 

Elnur Eltürk

 

 


Oxunma sayı: 6282

Oxşar yazılar