İngiltərə kəşfiyyatı zabitinin İstanbulda müəmmalı ölümü – İntihar, yoxsa sui-qəsd?

  • 12:34 - 12 Noyabr

Suriyada Əsəd rejiminə qarşı vuruşan qruplaşmalarla birgə fəaliyyət göstərən “Ağ dəbilqəlilər” adlı “mülki müdafiə” təşkilatının yaradıcısı, İngiltərə kəşfiyyatının sabiq zabiti Ceyms Qustav Edvard Le Mezyüre İstanbulda yaşadığı evin yaxınlığında ölü tapılıb.

Avropa.info xəbər verir ki, DHA-nın məlumatına görə, dünən səhər vaxtı İatanbulun Beyoğlu rayonunda Kılıç Əli Paşa məscidi yaxınlığında yerdə hərəkətsiz yatan şəxslə bağlı polisə məlumat verilib. Hadisə yerinə gələn tibb işçiləri yatan şəxsin ölü olduğunu müəyyən ediblər. Aparılan araşdırma nəticəsində cəsədin Ceyms Le Mezyüreyə məxsus olduğu təsdiqini tapıb. 

“Reuters”ə müsahibə verən Le Mezyürenin qonşusu və bir diplomat ölümün halının hələ tam müəyyən olunmadığını deyib.

“Sputnik Türkiyə”yə məlumat verən yüksəkvəzifəli təhlükəsizlik orqanı əməkdaşı hadisənin intihar, yaxud cinayət olmasının hələ tam aydın olmadığını bildirib.

“Sözcü” qəzetinə müsahibə İstanbul Polis İdarəsindəki mənbə tapılan ilk sübutların intihara işarət etdiyini bildirir.

Le Mezyürenin arvadı istintaqa verdiyi ifadədə saat 4:00 radələrində yuxu həbi udduğunu, qapının çalınması ilə oyandığını və ərinin cəsədini ətrafda yaşayan şəxslərin xəbərdarlığından sonra gördüyünü deyib. Arvadının sözlərinə görə, İngiltərə kəşfiyyatının sabiq zabiti bir müddətdir antidepressant dərmanları qəbul edirdi.

“Sabah” qəzetinin polisə istinadən verdiyi məlumata görə, Le Mezyürenin bədənində silah və bıçaq izləri aşkar edilməyib.


Oxunma sayı: 7426

Oxşar yazılar