Bakıda faciə: İki fəhlə quyuya düşüb öldü

  • 12:37 - 12 Noyabr

Bakıda 26 və 45 yaşlı fəhlələr quyuya düşərək ölüblər.

Lent.az -ın məlumatına görə, hadisə Bakının Xətai rayonunda “Ağ şəhər” ərazisində baş verib. Bildirilir ki, 26 yaşlı Cavad İlyaslı və 45 yaşlı Djamaladin Molayev çirkab sularının axıdılması üçün nəzərdə tutulan quyuya düşərək ölüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanan cinayət işi üzrə ibtiadi istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğuna tapşırılıb.


Oxunma sayı: 2795

Oxşar yazılar