“Google Maps”dən Azərbaycana qarşı növbəti təxribat! – İşğal olunmş ərazilərimizin adlarını ermənicə göstərdi – Foto

  • 11:55 - 12 Noyabr

"Google" beynəlxalq axtarış sistemi Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı növbəti təxribata yol verib. 

Avropa.info-nun məlumatına görə, "Google maps" beynəlxalq axtarış sistemi Azərbaycanın işğal olunmuş ərazilərinin adlarını Azərbaycan və erməni dillərində göstərib.  

Xatırladaq ki, "Google" vaxtaşırı olaraq, bu cür təxribatlara yol verib. Bir müddət əvvəl "Google maps" Azərbaycanla bağlı daha bir təxribata yol verərək xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilmişdi.

Qeyd edək ki, "Google map" proqramı yer planetinin peyk vasitəsi ilə çəkilmiş şəkillərindən ibarətdir.


Oxunma sayı: 22826

Oxşar yazılar