Müslüm Maqomayevin həyat yoldaşı təcili xəstəxanaya yerləşdirildi

  • 11:49 - 12 Noyabr

Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib. 

Avropa.nfo APA-ya istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.  

Telekanalın məlumatına görə, 76 yaşlı sənətçi ürək-damar cərrahiyyəsi şöbəsində müayinə olunur.

Həkimlər bundan sonra onun əməliyyat olunması və ya konservativ müalicəsi barədə qərar qəbul edəcəklər.


Oxunma sayı: 4214

Oxşar yazılar